Çatalköy Şubesi - Mücahit Sokak No:6
0392 824 40 68
0392 824 43 02
Esentepe Şubesi - Atatürk Caddesi No:5
0392 823 63 44 - 0392 823 6115
Çatalköy Esentepe Belediye Başkanı Ceyhun Kırok

“Alagadi” bayramında Azərbaycan guşəsi yaradılıb

Şimali Kipr Türk Respublikasında yaşayan Azərbaycan diaspor fəalları “Alagadi” festivalında ölkəmizi layiqincə təmsil ediblər.

AZƏRTAC xəbər verir ki, festival Çatalköy-Esentepe bələdiyyə başçısı Ceyhun Kırok tərəfindən təşkil olunub.

Tədbirin açılışını Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Çatalköy-Esentepe bələdiyyə başçısı Ceyhun Kırok, KKTC Turizm Naziri Fikri Ataoğlu, diaspor fəalı Fuad Səfərəliyev ediblər.

Festivalın keçirildiyi ərazidə Azərbaycan guşəsini yaradan diaspor fəalı, iş adamı Fuad Səfərəliyev deyib ki, beş min nəfərdən çox insanın qatıldığı tədbirdə Azərbaycan layiqincə təmsil edilir.

“Bu tədbir hər il təşkil edilir. Biz isə diaspor fəalları olaraq ilk dəfədir ki, festivalda iştirak edirik. Festivalda Azərbaycan, Qazaxıstan, Türkiyə və İrandan nümayəndələr öz ölkələrinin mədəniyyətini təmsil edirlər. Biz də özümüzə borc bildik ki, Azərbaycanın milli mətbəxini, tarixini, geyimlərini, bir sözlə zəngin mədəni irsini nümayiş etdirək”, – deyə. F.Səfərəliyev vurğulayıb.

Onun sözlərinə görə, iştirakçılar Azərbaycan guşəsinə böyük maraq nümayiş etdiriblər. Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar da Azərbaycan guşəsinə yaxınlaşaraq xatirə fotosu çəkdirib.

F.Səfərəliyev, həmçinin qeyd edir ki, Şimali Kipr Respublikasında yaşayan diaspor fəalları bütün sahələrdə aktivdirlər.

Onlar 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində iştirak etmək üçün 50 nəfərlik heyət ilə Ankaraya gedərək Ali Baş Komandan, Prezident İlham Əliyevə öz sədaqətlərini və dəstəklərini nümayiş etdiriblər. Çünki biz hamımız yaxşı başa düşürük ki, biz birlikdə güclüyük.